Əsas məzmuna keç

Qəzəl

Ta ki, dərdindən olubdur yürəgim səd parələr

Şah İsmayıl Xətai

1

Ta ki, dərdindən olubdur yürəgim səd parələr, Tiği-eşqin yürəgimni səd hezaran parələr.

Ay yüzündən ayru gördüm dideyi-bixabimi, Gög yüzində uymaz oldu hər gecə səyyarələr.

Zahida, sən fariğ ol, ahimdən ikrah eyləmə, Kim, mənim bağrımda çoxdur ğəmzələrdən yarələr.

Yaralı bağrım qanın tökdü gözümdən dəmbədəm, Gör nələr qıldı mana şol nərgisi-xunxarələr.

Çıxmiyə miskin Xətayi könlü zülfindən, nola, İşi seyr olur anın hər xanda var səyyarələr.

Lüğət: Səd – yüz; Şol – o

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.