Əsas məzmuna keç

Qəzəl

Ta gördü günəş ay üzünü, dərbədər oldu

İmadəddin Nəsimi

1

Ta gördü günəş ay üzünü, dərbədər oldu, Bədr aya zaval irdivü dövri-qəmər oldu.

Şümşad qədin qıldı irəm bağını cövlan, Sərv ana əsir oldu da məndən betər oldu.

Ol jalə ki, düşdü güli-rüxsarınız üstə, Bir qətrə yağış damdımı, min lalə tər oldu.

Arif içilən cür’əyi, ey xosrovi-xuban, Alim dilinə düşdüvü sahibnəzər oldu.

Çün gördü Nəsimi üzünü zülfə dolaşmış, Bildi, şəbi-hicr ötdüvü vəqti-səhər oldu.

Lüğət: Qəmər – Ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.