Əsas məzmuna keç

Qəzəl

Ta gördü gözlərim səni, ey hüsn ilən ğəni

Şah İsmayıl Xətai

1

Ta gördü gözlərim səni, ey hüsn ilən ğəni, Məcnun misali əqlim ilən görmədim səni.

Kuyindən özgə mürği-könül dutmadı qərar, Bülbül nə yerə varə görüb tazə gülşəni?

Yüzümni xaki-pa qıluram asitaninə, Ta kim, dəgə yüzümə səadətlü daməni.

Xublar cəhanı cümlə dutarsa, əya sənəm, Can olduğunca mən dəxi tərk eyləmən səni.

Getməz Xətayi cövr ilə qapundan, ey pəri, Gülşən bilürmən ol səri-kuyində külxəni.

Lüğət: Hüsn – gözəllik; Mürği – hərim – məhrəm quşu; Damən – ətək; Xublar – gözəllər; Cövr – zülm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.