Ta düşübmən eşqinə hicrində mən zarəm hənuz
Ta düşübmən eşqinə hicrində mən zarəm hənuz, Dami-zülfin bəndinə mürği-giriftarəm hənuz.
Ta ki mən bülbül təki gülzari-hüsnin görmüşəm, Ta əbəd tərk eyləmən, dər eşqi-gülzarəm hənuz.
Şəm’i-rüxsarini ta kim, görmüşəm, ey məhluqa, Gögdə yulduzlar kimi hər gecə bidarəm hənuz.
Ta yüzün gördüm sənin mən, ey təbibi-dərdi-eşq, Sanma kim, buldum şəfa, dərd ilə bimarəm hənuz.
Bu Xətayi yar ilən qalu bəladən qıldı əhd, Həq bilür kim, bər səri-an əhdü iqrarəm hənuz.
Lüğət: Mürği – hərim – məhrəm quşu; Hüsn – gözəllik; Məhluqa – ay üzlü