Ta düşdü dillərə qəmi-eşqin hekayəti
Ta düşdü dillərə qəmi-eşqin hekayəti, Divanəlikdə tutdu sözüm hər vilayəti.
Düşdüm o növ dillərə divanəlikdə kim, Mənsux olundu dəhrdə Məcnun rəvayəti.
Eşq əvvəlində sərkəş olur ta zəbun edə, Səbr et ki, vəsli-yardır anın nihayəti.
Çoxdan məni edərdi zəbun qüssə, saqiya, Gər olmasaydı piri-müğanın inayəti.
Məndən ziyadə şəkvə edər ol dəxi mənə, Səndən kimə edərsəm, a zalım, şikayəti.
Bica üzün qaralmadı xətti-siyahdən, Üşşaq ahının budur, ey sərv, ayəti.
Zülfündə gizlənib üzüvə yetdi, aqibət Küfr içrə tapdı Seyyid o nuri-hidayəti.