Əsas məzmuna keç

Qəzəl

Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən

Məhəmməd Füzuli

1

Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən, Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən, Hər qəbavü pirəhən geysəm misali-qönçə mən. “Gər səninçün qılmasam çak, ey büti-nazikbədən! Gorum olsun bu qəba əynimdə pirahən kəfən”.

Gərçi sevdayi-səri-zülfindənəm zarü zəlil, Keçmən ol sevdadən olduqca mənə ömri-təvil, Sanma tərk edəm bu sevdayi, gər olsam həm qətil, “Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən”.

Qalib oldu sübhdəm şövqi-güli-ruyin mana, Seyri-bağ etdim ki, buyi-gül verə təskin mana, Gül görüb, yadınla dürri-əşk saçdım hər yana, “Düşdü şəbnəm, bağə gir, ta gül nisar etsin sana, Səbzənin hər bərginə bir dür ki, tapşırmış çəmən”.

Der idim, ey dil, gətirmə hiç dərd əhlinə şək, Ta səni həm salmasın bir dərdə dövrani-fələk, Almadın pənd imdi, aşiqsən, işin ah eyləmək, “Ey könül, eşq əhlinə hər şəb gülərdin şəm’ tək, Mən deməzmidim ki, danla ağılayasıdır gülən”.

Xah sincab eyləsin fərşin, Füzuli, xah kül, Hicr ilə mütləq yuxu görməz göz, əglənməz könül. Yarsız eşq əhlinin dinlənməgi mümkün degül, “Necə dinlənsin Həbibi sənsiz, ey əndami gül Kim, batır cisminə təndə hər tük olmuş bir tikən”.

Lütfiyə təxmis

Lüğət: Cünun – dəlilik, divanəlik; Rəxt – yatacaq, paltar; Qəba – don; Pirahən – köynək; Təvil – uzun; Üstüxan – sümük; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr; Əşk – göz yaşı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.