Ta cəmalın nuri çeşmimdən nihan olmuşdurur
Ta cəmalın nuri çeşmimdən nihan olmuşdurur, Gecə-gündüz işim ah ilə fəğan olmuşdurur.
Hüsnini ta görmüşəm bir bülbüli-zar olmuşam, Çün mana kuyin məqami gülstan olmuşdurur.
Bir məsəldir kim, deyərlər: – Gəncin üstə mar olur; Zülf içində hüsnin ol gənci-nihan olmuşdurur.
Gər fələk yüzündə derlər: – Mahi-tabandır şərəf, Təl’ətin yer üstə mahi-asiman olmuşdurur.
Pir olmuşdu cahanda firqətindən, ey sənəm, Ta yüzün gördü Xətayi, növcavan olmuşdurur.
Lüğət: Nuri – rəhman – ilahi nur; Nihan – gizli; Hüsn – gözəllik; Gənc – xəzinə; Mar – ilan; Taban – parlaq; Pir – qoca