Əsas məzmuna keç

Qəzəl

Surətinin səfhəsində gör nə yazmış ol qədim

İmadəddin Nəsimi

1

Surətinin səfhəsində gör nə yazmış ol qədim, Oxudum ol xətti bismillahir-rəhmanir-rəhim.

Alnına əlhəmdülillah yazdı rəbbülaləmin, Qoydu eşqin yoliçün haza siratül-müstəqim.

Surətin mahiyyətin təfsir edər inna-fətəh, Hüsnünün keyfiyyətidir bəs əla-xülqil-əzim.

Qaşlarındır qabü qövseynü saçın leyli-təvil, Rəsmdir vəş-şəms üzrə şol mübarək zülfi-cim.

Dedilər ol mimə fi-eynən-tüsəmma səlsəbil, Şimdi kövsər lə’lin oldu küllə cənnatün-nəim.

Zülfünə seyr eylədi badi-səba vəqti-səhər, Şol səbəbdən doldu aləm, əzrüxət ənbər-şəmim.

Qıl Nəsimiyə tərəhhüm, ey üzü bədri-münir, Gər xəta qıldım isə əstəğfürullahil-əzim.

______________________Milli Kitabxana_______________________

Lüğət: Leyl – Gecə; Təvil – Uzun; Şol – O; Şəmim – Xoş ətirli; Bədri – müəmməm – Əmmaməli ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.