Əsas məzmuna keç

Qəzəl

Surətin xətti-ilahi, anı nadan nə bilür

İmadəddin Nəsimi

1

Surətin xətti-ilahi, anı nadan nə bilür? Divi-məl’unsifət mə’niyi-Qur’an nə bilür?

Hər ki, də’vi qıla kim, surətü mə’ni bilürəm, Görməmiş üzünü ol surəti-rəhman nə bilür?

Tövratü Incilü Fürqan qamu hüsnün sifəti, Adəmin şərhidüdür, ayəti şeytan nə bilür?

İnsü cinnin dilini gərçi Süleyman bildi, Sən bilən dili bu gün yə’ni Süleyman nə bilür?

Kə’beyi-mə’niyə hər kim çü Nəsimi irəməz, Möhnəti-biədədü xari-müğilan nə bilür?

______________________Milli Kitabxana_______________________

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.