Surətin nəqşini yazdı, dedi rəbbül-aləmin
Surətin nəqşini yazdı, dedi rəbbül-aləmin: Hazihi cənnati ədni fədxuluha xalidin.
Gözünə vənnəcmu yazdı, qaşına vənnaziat, Alnına nəsrün minallah, görünür eynül-yəqin.
Sidreyi-tuba boyundur, sərvi-həqqin həqqinə, Üzünə vəşşəms gəldi, saçına həblülmətin.
Şə’ninə əlhəmdülillah gəldi həqdən bəyyinat, Ləblərin yadına münzil oldu min mai-məin.
Kafü nunun hər nə kim, gəldi vücuda zübdəsi, Sabit oldu kim, ləbindir mühbitü ruhil-əmin.
Laşək oldu çün sən oldun qibləgahi-aşiqan, Vəscudu əmrini həqdən bilməyənlər bəs ləin.
Ey Nəsimi, çün eşitdi bu Ütarid nəzmini, Caməsin çak etdi ol dəm oda saldı dəftərin.
Lüğət: Bəyyinat – Sübutlar; Zübdə – Qaymaq, cövhər