Əsas məzmuna keç

Qəzəl

Surətin nəqşinə xəyal irəməz

İmadəddin Nəsimi

1

Surətin nəqşinə xəyal irəməz, Gözlərin alasına al irəməz.

Şol qədər safidir ləbin eyni Kim, anın abinə zülal irəməz.

Bu günü gör ki, rəngü çöhrəsinə Nə qədər al edirsə, al irəməz.

Gərçi ayı üzünə bənzədərəm, Qaşların şəklinə hilal irəməz.

Qamətin şoylə mö’tədildir kim, E’tidalinə e’tidal irəməz.

Ey cəmalül-liqa, nə dilbərsən Ki, rüxün hüsnünə cəmal irəməz?

Bu nə ziba camal olur, yarəb, Ki, kəmalatına kəmal irəməz.

Zülfü çün cimü qaşı-dal, vəli, Zülfü qaşinə cimü dal irəməz.

Necə günəşsən, ey qəmər ki, sana Ta əbəd zərrəcə zəval irəməz?

Buldu könlum səninlə şol vüslət Kim, anın vəslinə vüsal irəməz.

Ey Nəsimi, sözün müfərrihdir, Bu cəhətdən ana məlal irəməz.

Lüğət: Şol – O; Ziba – Gözəl; Qəmər – Ay; Müfərrih – Şənləndirən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.