Əsas məzmuna keç

Qəzəl

Surətin nəqşində hər kim görmədi nəqqaşını

İmadəddin Nəsimi

1

Surətin nəqşində hər kim görmədi nəqqaşını, Vahibi-surət anın gözsüz yaratmış başını.

Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyə Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını.

Ləbləri şirin nigarın firqətü hicranıdır, Axıdar yanınca şəm’in gözlərindən yaşını.

Düşmədi batil xəyala, olmadı sevdası xam, Hər kimin kim, eşq oduyla həq bişirdi aşını.

Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün, Çünki mən sultanı buldum, neylərəm fərraşını?

Həqqə vasil rindü həqdən ayrıdır zahid, görün Xanəqahın şeyxini, meyxanənin övbaşını.

Dəmbədəm sufi məlamət daşın atar aşiqə, Daşı qiymətsizdir anın, içini gör, daşını.

Hasilin məscid bucağında gör axır kim, nədir, Ey məlamət eyləyən meyxanənin qəllaşını.

Yaşını yandırdı eşqin, həm qurusun könlümün, Kim ki, eşqə düşdü, yandırdı quruvü yaşını.

Könlümün şəhrində eşqin bir imarət yapdı kim, Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.

Canımı eşqin əzəldə yoldaş etmiş özünə, Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını.

Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil, Həq bilir xəlqi-cahanın sirrini, həm faşını.

______________________Milli Kitabxana_______________________

Lüğət: Rümuz – Rəmzlər S; Şol – O; Mahi – Balıq; Bədri – müəmməm – Əmmaməli ay; Sevda – 1. Öd, 2. Məhəbbət; Məlik – Padşah; Ənbərəfşan – Ənbər saçan; Rind – Qayğısız, şən həyat sürən adam; Məlamət – Danlaq; Qəllaş – Fırıldaqçı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.