Əsas məzmuna keç

Qəzəl

Surətin gördüm, nigara, məstü heyranəm bu gün

Şah İsmayıl Xətai

1

Surətin gördüm, nigara, məstü heyranəm bu gün, Ol qara zülfün təki ğəmdən pərişanəm bu gün.

Dünyada hər kim ki, yüzün gördü, aləm şahıdır, Ta yüzüni görmüşəm, mən dəxi sultanəm bu gün.

Sən məni qulluğa məqbul eyləgil, ya eyləmə, Asitanında sənin, ey şah, dərbanəm bu gün.

Asitanın itlərindən ta ki, bulmuşam şərəf, Ey pəri, eşqində mən mehr ilə səgbanəm bu gün.

Der Xətayi: – Ta əzəldən qulluğa xət vermişəm, Hər nə kim, hökm eyləsən, əmrində fərmanəm bu gün.

Lüğət: Nigar – sevgili, bəzəkli; Asitan – eşik, astana, hökmdar qapısı; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.