Əsas məzmuna keç

Qəzəl

Sünbülün küfründən, ey şəhzadə, iman münfəil

Şah İsmayıl Xətai

1

Sünbülün küfründən, ey şəhzadə, iman münfəil. Xətti-səbzin rövnəqindən bərgi-reyhan münfəil.

Zülmətə nur oldu zülfün, ay yüzündən şərmsar, Ləblərin şövqindən ol lə’li-Bədəxşan münfəil.

Pərtövi-hüsnin ziyasından Sürəyyadır xəcil, Surətin tabından ol xurşidi-taban münfəil.

Ey səba, billah, dilimdən söylə kim, çox olmasun Mahtab üstündən ol zülfi-pərişan münfəil.

Qeyrətindən bir nəzər fanus yüzün göstərmədi, Məclisində yandırır çün şəm’i-pünhan münfəil.

Ol zaman kim, dilbərim bustanə girdi seyr içün, Qamətindən oldu hər sərvi-xuraman münfəil.

Uş Xətayi sözlərindən əhli-ürfan utanur, Cahilü nadan, rəqibü namüsəlman münfəil.

Lüğət: Xətt – yanaq, yazı; Bərgi – lalə – lalə yarpağı; Şərmsar – utancaq; Hüsn – gözəllik; Xurşid – günəş; Taban – parlaq; Gird – çevrə, dolanma; Ürfan – mistika, bilik, Allahı anma

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.