Sünbülün əbrində üzün mahi-taban göstərir
Sünbülün əbrində üzün mahi-taban göstərir, Kafiri islama çəkmiş küfrə iman göstərir.
Surətindən kəşf olur çün sureyi-ümmül-kitab, Vəhyi-mütləq sirrini aləmdə pünhan göstərir.
Firqətin dövranı keçdi, getdi zülmət aradan, Çün əyan oldu ləbindən k’abi-heyvan göstərir.
Gözlərim yarın qəmindən axıdar dürdanəyi, Şol səbəbdən ləblərində lə’lü mərcan göstərir.
Gər ənəlhəq sirrini faş eyləyim həqdən bu gün Kim, məni şövqündə yaxar dəxi hicran göstərir.
Dərdimin dərmanı sənsən, bilmədim, sordum təbib, Çün yəqin sənsən dəvası, dərdə dərman göstərir.
Zülfü rüxsarın Nəsimi sirrini faş eylədi Kim, bu əsrarın bəyanı ərşi-rəhman göstərir.
Lüğət: Mahi – Balıq; Yarın – Səhər; Şol – O; Əsrar – Sirlər