Əsas məzmuna keç

Qəzəl

Sünbülün əbrində gördüm uş məhi-taban gəlir

İmadəddin Nəsimi

1

Sünbülün əbrində gördüm uş məhi-taban gəlir, Saçların hər tarəsindən şö’leyi-iman gəlir. Surətin əşkalıdır inna fətəhna, ey nigar Kim, bu eşqin ayətində həqqə uş bürhan gəlir. Zülmətin dövranı keçdi, oldu ol Xızr aşikar, Şimdi sordum, ləblərindən çeşmeyi-heyvan gəlir. Gərçi ehsan etdiyin daim vəfadır aşiqə, Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan gəlir. Razımı faş etdi ahım, şol səbəbdən, ey nigar, Vəslinə vəsl olmağa çün dəğmə hər nadan gəlir. Lövhi-məhfuz oldu qaşın, kirpigin eşq əhlinə, Surətin lövhündə, ey can, həq dedi Fürqan gəlir. Gül yanağın həsrətindən bülbül, ey can aşiqi, Ah edər gül həsrətindən, biləməz xəndan gəlir. Əhsəni-təqvimə çün səcdə qılır hurü mələk, Surətin gördü məgər kim, səcdəyə şeytan gəlir. Çün məqami-dilbər oldu, ey Nəsimi, aşikar, Şol həyati-cavidan buldu, yeri cinan gəlir.

Lüğət: Bürhan – Dəlil, sübut; Çəndan – O qədər; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.