Əsas məzmuna keç

Qəzəl

Sünbülini arizin dövrində əfşan eylədin

Şah İsmayıl Xətai

1

Sünbülini arizin dövrində əfşan eylədin, Xatiri-məcmuimi ğəmdən pərişan eylədin. ____________ 1 İç – “heç” sözünün vəznə görə qısa deyilmiş şəklidir.

Xoş məqami-ə’zəm olmuşdur bu könlüm guşəsi, Bilməzəm, yarəb, nədən cövr ilə viran eylədin?

İstər idim sayeyi-vəslindən, ey candinlənim, Üştə zülm etdin mana, vəslini hicran eylədin.

Çeşmi-məstindən hezaran fitnə saldın könlümə, Türki-yəğmaçi kimi, billah yüküş qan eylədin.

Bu Xətayinin çıxardınmı könüldən, ey həbib, De məgər özgələr ilən əhdü peyman eylədin?

Lüğət: Ariz – yanaq; Əfşan – saçan, səpən; Cövr – zülm; Vəsl – qovuşmaq; Çeşmi – giryan – ağlar göz; Yüküş – çox, bol; Həbib – dost

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.