Əsas məzmuna keç

Qəzəl

Sün’ me’marı yapar saətdə gərdun məxzənin

Məhəmməd Füzuli

1

Sün’ me’marı yapar saətdə gərdun məxzənin, Dudi-ahim çıxmağa açmış kəvakib rövzənin.

Gün batıb ulduz çıxar sanmın ki, göy dehqanının, Gecə ahim dağıdar gündüz yığılmış xirmənin.

Göz tökər israf ilə xunabə lə’lin guiya Kim, cigər dağində ol lə’lin bulubdur mə’dənin.

Dözmək olmaz tiği-bidadinə şirinləblərin, Gər fələk Fərhadvəş daş etsə üşşaqin tənin.

Sübh tək çak et, Füzuli, pirəhən eşq içrə kim, Bilməyə kimsə giribanından onun damənin.

Lüğət: Gərd – toz; Kəvakib – ulduzlar; Rövzən – pəncərə, baca

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.