Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır
Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır, Təcərrüd aləmi seyrində aləm payimalımdır.
Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət, Nə aləm, qanğ xilqət, sandığm batil xəyalımdır.
Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən, Kəmalü fəzl tərki, rütbeyi-fəzlü kəmalımdır.
Mənəm şəm’i-vüsalə yandıran pərvanəvəş varın, Fənayi-mütləqim canan ilə bəzmi-vüsalımdır.
Təbiba, qılmışam təşxis, dərdi-eşqdir dərdim, Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır.
Həvadən mövcə gəlmiş bəhri-dərdəm, şahidi-halım Dili-püriztirabü naleyi-bie’tidalımdır.
Füzuli, aləmi-fəqrü fənadə mün’imi-vəqtəm, Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır.
Lüğət: Ətvar – tövrlər, hallar. F; Xilqət – xəlq olunmaq, yaranmaq; Cünun – dəlilik, divanəlik; Əlayiq – əlaqələr, rabitələr; Bəzm – qonaqlıq, kef məclisi; Sərd – soyuq; Şahid – gözəl