Əsas məzmuna keç

Qəzəl

Sufi nə bilir rümuzi-rindan

İmadəddin Nəsimi

1

Sufi nə bilir rümuzi-rindan, Çün çəkmədi bər səri-sürahi.

Qaşın vəhyi bizə bürhan irişdi, Üzündə tə’vili-fürqan irişdi.

Üzündür həq kitabı-vəhyi-mürsəl, Zəhi dövlət sana həqdən irişdi.

Qaşınla kirpigin Turun dağında Necə bir Musiyi-Imran irişdi.

Aşiq öz dərdinə çün buldu dərman, Həzaran hikməti-Loğman irişdi.

Necə bir hikmət ilə tökdü qanın, Neçənin dərdinə dərman irişdi.

Fənayi-mütləq oldum eşq içində, Əzəldən çün tənə ol can irişdi.

Itirmə Misrini sən, ey Nəsimi, Bu Misrə Yusifi-Kən’an irişdi.

Lüğət: Rümuz – Rəmzlər S; Bürhan – Dəlil, sübut; Mürsəl – Peyğəmbər; Zəhi – Afərin; Həzaran – Yüzlərlə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.