Əsas məzmuna keç

Qəzəl

Sübhədək yatmayıram, yoxdu qərarım gecələr

Məhəmməd Füzuli

1

Sübhədək yatmayıram, yoxdu qərarım gecələr, Qəmü qüssəndir işim, nazlı nigarım, gecələr.

Gündüzüm oldu gecə, göz yaşım ulduzdu ona, Kaş bu dövrü yaxa ahi-şərarım gecələr.

Lütf qıl, bir gecə gəl külbeyi-əhzanıma sən, Gör mənim halımı, bil, yoxdu mədarım gecələr.

Bilməsinlər deyə eşqində yanan bircə mənəm, Xəlqi fəryadə salır naleyi-zarım gecələr.

Hər səhər halımı ta kim, sənə ərz eyləyələr, Xəlqi bidar edirəm, laləüzarım, gecələr.

Keçir əflaki mənim naleyi-zarım, bəlkə Eşidə ol üzü ay, çeşmi-xumarım gecələr.

Ey Füzuli, mənə zülmət deyil hicran gecəsi, Şəmi-bəzm oldu xəyali-rüxi-yarım gecələr.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.