Əsas məzmuna keç

Qəzəl

Sübhdəm gülzar içində çaldı bülbül ərğənun

Şah İsmayıl Xətai

1

Sübhdəm gülzar içində çaldı bülbül ərğənun, Əyyuhəl-üşşaq, qumu innəküm layəsməun.

Ərğəvan dutmuş piyalə, nəstərən doldurdu can, Mütriba, çal nəğməni, “la əyyiküm müstəğfirun”.

Hüsni-ruyin hər görəndə afərin təslim edər, Labeşey’in əhsənün innə qəlilən təşkürun.

Gözlərin sərxoş olanda badələr ilən müdam Ziri-ləb saqi deyər hər dəm vəlahüm yəhzənun.

Şah Xətayi dost yolunda təslim edər canını, Hər olana sən görürsən “innə əleyhə raceun”.

Lüğət: Nəstərən – itburnu, ağ rəngli çiçək; Hüsn – gözəllik; Müdam – davamlı, həmişə; Ləb – dodaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.