Əsas məzmuna keç

Qəzəl

Sübhdəm dildarımı gördüm, otağından gəlir

İmadəddin Nəsimi

1

Sübhdəm dildarımı gördüm, otağından gəlir, Eylə sandım huridir, firdövs bağından gəlir.

Ya məgər nuri-təcəllidir əyan oldu yəqin, Ay ilə gün təl’əti gülgün yanağından gəlir.

Çeşmeyi-heyvan xəcildir ləblərindən daima, Abi-kövsər şərbəti şirin dodağından gəlir.

Zülfünün çinilə çün kim, dəm urar mişki-tatar, Rusiyəh bilməz, xəta hərdəm dəmağından gəlir.

Şaha, qəddü qamətin hər sərv görsə dər-çəmən, Əgilər, səcdə edər, titrər, budağından gəlir.

Dilbəra, sən hüsnünə mən’ eyləmə mən aşiqi, Qanda kim, bir gül bitər, bülbül qırağından gəlir.

Ey Nəsimi, ruhpərvər gəldi yarından nəsim, Isanın ənfasıdır, yarın buxağından gəlir.

Lüğət: Firdövs – Cənnət; Təcəlli – Əzəmətli zühur etmə; Yarın – Səhər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.