Əsas məzmuna keç

Qəzəl

Sövdalərə düşdüm, dedim: allah kərimdir

Seyid Əzim Şirvani

1

Sövdalərə düşdüm, dedim: allah kərimdir, Gər yandım, alışdım, dedim: allah kərimdir.

Bənd oldu könül tari-səri-zülfi-nigarə, Bu damə ilişdim, dedim: allah kərimdir.

Yandırdı məni şəşəeyi-nuri-cəmalı, Bu narə alışdım, dedim: allah kərimdir.

Gəh yaxdı məni hicri-rüxi, gah visalı, Odlarə tutuşdum, dedim: allah kərimdir.

Xam idi könül düşdü qəmi-buteyi-eşqə, Ol butədə bişdim, dedim: allah kərimdir.

Seyyid, dolanıb güntəki məcmui-cahanı Dəryaları aşdım, dedim: allah kərimdir.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.