Siyah zülfün olub ruyüvə niqab dedim
Siyah zülfün olub ruyüvə niqab dedim, Bu gün genə tutulub, ey məh, afitab dedim.
Dəhani-yar ki, bir nöqtədir, nədir sirri, Vücuda gəldi, bu yox vəsfi bir kitab dedim.
O xətti-ruyinə zülfi əlaqəsi gətirib, Həbəş sipahına rəhbər olub qürab dedim.
Dedim şərab ləbi-ləlüvi, zəhi-xiclət, Nə məstlikdi bu kim, mən şərabə ab dedim.
Rəvadi qan ola dil, ey cəmalı xurşidim, Ləbi-lətifüvi nisbətdə ləli-nab dedim.
O ruhi-əzəmi kəmtər cəmada bənzətdim, Məsihə töhməti mən xanimanxərab dedim.
Həvəslə şərh elədim arizin gülüstanın, Behişti-həşt-dəri xəlqə bab-bab dedim.
Xəyali-vəslin ilə pür görüb dili-zarı, Dolub həvayi-məhəbbətlə bir hübab dedim.
Rəqibi yar ilə görməkdən ölməgim xoşdur, Amandı qanımı tök, eylə bir səvab, dedim.
Ləb üstə xalını gördüm o növsərin, Seyyid, Qonubdu şəkkərə bir bəxtəvər zubab, dedim.