Əsas məzmuna keç

Qəzəl

Sirri-ilahi bilən, şol xətü xali bilür

İmadəddin Nəsimi

1

Sirri-ilahi bilən, şol xətü xali bilür, Hala xəbir olmayan, sanma bu halı bilür.

Qaşü gözü mö’cüzü vəhyi-mübindir anın, Ol bilür ol sirri kim, eynivü dalı bilür.

Gərçi ə’la şə’nəhu yazaram ol şaha mən, Hüsnünə xətm etdigim cəllə-cəlalı bilür.

Nəqlü rəvayatilə zahid uzadır sözü, Munca nə söylər, əgər doğru məqalı bilür?

Hafiz əgərçi oxur yövmü-yünadi, vəli Sən bu nidayı ana sor ki, Bilalı bilür.

Əhsəni-surət kimin vəsfidir, ey müddəi, Kim ki, cavabı verə, ol bu sualı bilür.

Şol sənəmin surətin kim ki, əyan görmədi, Qanda bu vəchi-həsən ya bu camalı bilür?

Şə’ninə nun-vəl-qələm nazil olubdur qaşın, Kim ki, bu hərfi oxur bədrü hilalı bilür.

Mehri-rüxün vəsfini hicrə yanan cana sor, Firqətini çəkməyən qanda vüsalı bilür?

Gərçi Nəsimi sözün dadını verdi, vəli Kim bu sözü fəhm edər, kim bu xəyalı bilür?

______________________Milli Kitabxana_______________________

Lüğət: Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.