Əsas məzmuna keç

Qəzəl

Sirri-eşqindən sənin hər kim ki, agah olmadı

Şah İsmayıl Xətai

1

Sirri-eşqindən sənin hər kim ki, agah olmadı, Qaldı məhrum ta əbəd, məqbuli-dərgah olmadı.

Bilməyən kəndu vücudin həqqi bilməz, lacərəm, Kim ki bildi nəfsini, aləmdə gümrah olmadı.

Güzgüsi pak olmayanın çarə yoxdur pasinə, Qaldı məhrum ta əbəd, Fəzl ana həmrah olmadı.

Hər nə qılsan nikü bəd, axir sana ol tuş olur, Çəkmədi şərməndəlik, hər kim ki bədxah olmadı.

Zirqinə aldanmagil, məkri yüküşdür dünyanın, Xansı gün xoş keçdi ki, sonu ğəmü ah olmadı?

Zövqü şövqin günlərində kim, olar yarım dedi, Bir məlamət güni gəldi, kimsələr yar olmadı.

Çün qul oldun, ey Xətayi, bəndəfərman ol, yəqin, Bəndəfərman olmayanlar layiqi-şah olmadı.

Lüğət: Sirri – əf’al – işlərin sirri; Məhru – ayüzlü; Lacərəm – yəqin, şübhəsiz; Gümrah – yoldan azmış; Fəzl – fəzilət – dəyər, üstünlük, bilik; Yüküş – çox, bol; Məlamət – danlaq, qaxınc

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.