Əsas məzmuna keç

Qəzəl

Sinəm yarıldı, oldu ürək ləxtə-ləxtə xun

Məhəmməd Füzuli

1

Sinəm yarıldı, oldu ürək ləxtə-ləxtə xun, Hər ləxtə parə-parə düşüb, oldu sərnigun.

Qandırmı damla-damla gözümdən axır müdam, Ya olmuş hər biri şərəri-atəşi dərun?

Zikri-ləbinlə eyləmişəm çarə dərdimə, Insanı əfidən qoruyar, adətən, füsun.

Əqlim nə vaxtadək məni avara eyləsin, Zəncirə, istərəm ki, məni bənd edə cünun.

Cananın əksi olmasa, olmaz qərarımız, Üstün deyildir aşiqə eşq içrə Bisütun.

Heç bir kəsə mənim kimi zülm etmədin, fələk! Ya xəlq içində təkcə məni görmüsən zəbun?

Məndən soruşma hali-Füzuli nə yerdədir, Halım bəyan edər hamıya əşki-laləgun.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.