Sinədən guşuma fəryadi-dili-zar gəlir
Sinədən guşuma fəryadi-dili-zar gəlir, Dərdi artıbdı, genə naleyi-bimar gəlir.
Bildi, görsəm rüxi-alın fərəhimdən ölərəm, Şad-mərg etməgə öz aşiqini yar gəlir.
Qəmi-hicranə dedin, səbr elə sən, ey naseh, Sənə asan isə bu iş, mənə düşvar gəlir.
Hansı bir üzvüvi tərifə edərsəm iqdam, Əvvələn ağzıma ol ləli-şəkərbar gəlir.
Əsəri-badəni gör kim, yıxılıb məst oluram, Nə zaman fikrimə ol gözləri xummar gəlir.
Dil gəlir busə üçün dövri-xətində dərinə, Şərm edən sailə bənzər ki, şəbi-tar gəlir.
Ölməgim xoşdu rəqib ilə səni görməkdən, Gəzmə qeyr ilə, mənim qeyrətimə ar gəlir.
Seyyida, tari-səri-zülfü gözümdən getdi, Masiva, tarı bilir kim, gözümə tar gəlir.