Əsas məzmuna keç

Qəzəl

Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida

Məhəmməd Füzuli

1

Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida! Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida!

Yüz yara almış bu sinəm asitanında sənin, Böylə güllər bəxş edərmiş ol gülüstan, əlvida!

Tərk edib eşqin diyarını, əliboş getmərəm, Sinədə qəm yüklərim var, didədə qan, əlvida!

Dostlara etdim tədarük cürbəcür sovqat mən, Kəhrüba solğun üzümdə, gözdə mərcan, əlvida!

Bircə arzum vardı, kuyində verim can şövq ilə, Görmədin layiq məni-bədbəxti qurban, əlvida!

Sən zəmanə Xızrısan, yarım ləbi abi-həyat, Bizdən ol çeşmə, Füzuli, oldu pünhan, əlvida!

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.