Sinə içrə qəlbimi divanə etdi eşqi-yar
Sinə içrə qəlbimi divanə etdi eşqi-yar, Bağlanıbdır payinə can riştəsi zəncirvar.
Baxmasa yarım mənə, – bu iltifatsızlıq deyil, Yarın istiğnası da bir iltifatdır aşikar.
Neyləyim, peykanına yer vermişəm sinəmdə mən, Ta ki, qopmuş qəlbimin olsun yerində bərqərar.
Bir baxışla tirə qıldı ruzigarım ol pəri, Dilbərin şəhla gözündə var belə bir iqtidar.
Can çıxır, ağzın açıb bir sormadı əhvalımı, Ləblərindən kamını bir vermədi ol gülüzar.
Uyqudan qaldırmaram baş, bil ki, mən ta həşrədək, Gəlsə röyamə əgər ol qəddi rəna nazlı yar.
Ey Füzuli, mən necə sərgəştəvü zar olmayım, Könlümü salmış kəməndə türreyi-ənbərnisar.