Şux sənəmlər eşqinə düşmüş könül, divanəyəm
Şux sənəmlər eşqinə düşmüş könül, divanəyəm, Eşqdə Məcnuna tay tutma məni, mərdanəyəm.
Xizr ol sərçeşməni tapmış ki, bir peymanədən Qətrə düşmüşdür yerə, mən sahibi-peymanəyəm.
Hər dəqiqə əql mənasız mənə təklif edər, Mən əcəb divanə ilə dəhrdə həmxanəyəm.
Sayəmə dərdim dedikdə, almaram ondan cavab, Yuxlamış əfsanədən o, ya ki, mən əfsanəyəm.
Eşq dərdindən, rəqibin tənəsindən qəmliyəm, Dost yanında xar, nişani-təneyi-biganəyəm.
Çəkdi gül rüxsarına çün sünbüli-zülfün niqab, Dişlərindən şanənin mən qəlbi şanə-şanəyəm.
Yaxşıdır dünyadan əl çəksin Füzuli, çünki mən Nə xəzinə istərəm, nə talibi-viranəyəm.