Şükr eylə, könül, söhbəti-cananə yolun var
Şükr eylə, könül, söhbəti-cananə yolun var, Ey tutiyi-şeyda, şəkəristanə yolun var.
Məhrum degilsən hələ kuyindən o şuxun, Ey bülbüli-şuridə, gülüstanə yolun var.
Ey səbzeyi-xət, sən ki ləbi-yarə yetişdin, Bir Xızrsan, ol çeşməyi-heyvanə yolun var.
Ey şanə, bu könlüm kimi sədçak neçinsən, Ol silsileyi-zülfi-pərişanə yolun var?
Bu bisərü padən niyə bidadüvi kəsdin, Ey şux, sənin kim, belə ehsanə yolun var?!
Bu ülfəti-zahirdən əgər mən olursan, Qurbanın olum, ülfəti-pinhanə yolun var
Seyyid, dəxi bu tale əlindən nə şikayət, Ey mur, sənin bəzmi-Süleymanə yolun var.