Əsas məzmuna keç

Qəzəl

Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün

Seyid Əzim Şirvani

1

Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün, Gör doyunca rüxi-canpərvərini, barı bu gün.

Qoyma getsin çıxıb, ey dil, o məhi-bimehri, Sabit et yalvarıb ol əxtəri-səyyarı bu gün.

Bu gecə mənzil elə xanəmi, ey mahliqa, Salma nöqsana bizi, getmə, səni tarı, bu gün.

Ayü gün, sabitü səyyarə təmaşayə çıxıb, Müştəridən o məhin gərmdi bazarı bu gün.

Genə dünyalərə sığmaz, nə olubdur, Seyyid, Xoş baxıbdır üzünə yoxsa genə yarı bu gün.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.