Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur
Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur, Ah kim, yetgəc mənə bir bərqi-aləmsuz olur.
Qeyr çeşmindən bulur hər dəm nigahi-mərhəmət, Bən nə qıldım kim, nəsibim navəki-dilsuz olur.
Hər gün açır könlümü zövqi-vüsalın yengidən, Gərçi güllər açmağa hər ildə bir novruz olur.
Halətək çıxmaz evindən mahtəl’ətlər müdam, Hər kimin dövri-qəmərdə talei firuz olur.
Saidin zövqilə tərk etmiş Füzuli aləmi, Meyli-səhra eyləməz hər quş ki, dəstamuz olur.
Lüğət: Bərqi – lame’ – ildırım; Navək – ox; Firuz – qalib, xoşbəxt, ağgünlü; Said – bilək; Dəstamuz – ələ öyrənən, ələ öyrənmiş