Əsas məzmuna keç

Qəzəl

Şol şəm’i gör ki, nuruna pərvanəyəm yenə

İmadəddin Nəsimi

1

Şol şəm’i gör ki, nuruna pərvanəyəm yenə, Baş oynamaqda yoluna mərdanəyəm yenə.

Saqi, ləbindən əsrəmiş əvvəl qədəhdən uş, Məstanə gözlərin kimi məstanəyəm yenə.

Qalu bəlada kuyi-xərabat idi yerim, Şol mə’nidən mücaviri-meyxanəyəm yenə.

Bəzmi-əzəldə həmnəfəsim gərçi cam idi, Şükr eylərəm ki, həmdəmi-peymanəyəm yenə.

Ey bilməyən bu cani-əzizin həqiqətin, Canı bilənə sor ki, nə cananəyəm yenə.

Eşqində ay camalilə əfsanə, filməsəl, Xəlqin dilində gör ki, nə əfsanəyəm yenə.

Əndişənin imarətini qılmışam xərab, Şol gənci-binəhayətə viranəyəm yenə.

Yarəb, nə sehr edər şu pərişəklü şivə kim, Zəncir-cə’di-zülfünə divanəyəm yenə.

Ey gövhərin bahasını, miqdarını bilən, Əsdaf içində gör ki, nə dürdanəyəm yenə.

Üzündə, ey sənəm, görəli zülfü xalını, Dami-bəlada danə kimi danəyəm yenə.

Kəşf eylədi Nəsimi dəhanın rümuzunu, Müftahi-qeybə gör ki, nə dəndanəyəm yenə.

______________________Milli Kitabxana_______________________

Lüğət: Şol – O; Bəzm – Məclisə; Əndişə – Fikir; Gənc – Xəzinə; Dəhan – Ağız; Rümuz – Rəmzlər S

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.