Şöhrətim artdıqca eşqimdə, adın şöhrət tapar
Şöhrətim artdıqca eşqimdə, adın şöhrət tapar, Etibarım getsə əldən, sən taparsan etibar.
Ey gülüzlü sevgilim, ar etmə andıqda məni, Mən zəliləmsə səbəb sənsən, bunu bil iftixar!
Hüsnünü aləmdə məşhur eyləmiş eşqim mənim, Canımın lövhü olubdur hüsnünə ayinədar.
Sən gülərsən, kirpiyimdən yaşlar axdıqca mənim, Bir qızıl gülsənmi sən, kirpiklərim əbri-bahar?
Könlümü gizlətmişəm sinəmdə, var bir illəti, Ondakı hər dərd olub səndən mənə bir yadigar.
Bir ömürdür qəmli könlüm tərk qılmışdır məni, Yoxsa mişkin zülfünün zəncirinə olmuş düçar?
Sal nəzər, cana, tərəhhüm qıl Füzuli halına, Binəva aşiqlərindəndir, onu gəl etmə xar.