Əsas məzmuna keç

Qəzəl

Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun

Seyid Əzim Şirvani

1

Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun, Təki bəzmimdə mənim bir büti-tənnaz olsun.

Xəlq hərçənd deyir bir gül ilə yaz olmaz, Çağırın ol gülü kim, məclisimiz yaz olsun.

Tayiri-könlümü seyd etdi qəzali-çeşmin, Bavərim yox bu cahanda belə şahbaz olsun.

Öldür, ey qaşı kəman, aşiqi min zillət ilə, Ta güruhi-şühəda içrə sərəfraz olsun.

Müstəcab oldu duamız ki, nigarım gəldi, Dəri-meyxanə gərəkdir bu zaman baz olsun.

Demənəm badə ilə et məni sirab, xuda, Bari, çox olmasa da qismətimiz az olsun.

Seyyida, çəkmənəm ol dövri-müxalif qəmini, Təki ol dilbəri-xoşləhcə mənə saz olsun.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.