Əsas məzmuna keç

Qəzəl

Şikayət eyləmənəm dilbərin cəfasından

İmadəddin Nəsimi

1

Şikayət eyləmənəm dilbərin cəfasından, K’onun cəfası mana yegdürür vəfasından.

Əzəldə canımı eşqin yolunda çün qomuşam, Bəlasını çəkərəm, dönməzəm bəlasından.

Nə dərd imiş əcəb, ey könlümü alan, eşqin Ki, aciz eylədi xəlqi anın dəvasından.

Qəmindən, ey sənəm, oldu könül qatı sayru, Qanı ana şəkərin şərbəti-şəfasından.

Bəhanəsiz sana çün olmuşam qul, ey dilbər, Bu bəndəyi, kərəm et, satma, keç bəhasından.

Münəvvər eylə vüsalınla, ey qəmər, gözümü Ki, firqətin anı acıtdı tutiyasından.

Qara bənin kimi düşdüm od üstünə, yanaram, Bu atəşi ana sor ki, yanar havasından.

Kimin ki, könlü dolaşdı saçınla qaluda, Ayırmaz anı saçın zülfi-dilrübasından.

Nəsiminin sininə gəl, qəmindən öləcəgin, Xoşamədi eşit, ey dost, mərhəba – sindən.

Lüğət: Sayru – Xəstə; Münəvvər – Nurlu; Qəmər – Ay

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.