Əsas məzmuna keç

Qəzəl

Şərh qılsam qəmi-hicründəki halatimdən

Məhəmmədəli Şəfai

4

Şərh qılsam qəmi-hicründəki halatimdən, Hər kütübxanədə min cild olur əbyatimdən.

Feyzibəxş olmasa barani-bahari-vəslün, Gərdi-qəm getməyəcək səfheyi-miratimdən.

Eşq inkarinə səy eylədi zahid, lakin, Qaldı aciz yenə o möcüzi-isbatimdən.

Fəqr viranəsi küncündə özüm yoxsul ikən, Varlanır xəlqi-cahan gənci-xərabatimdən.

Etməsəydi məni eşqün qəmi-hicründə dəli. Əqli məhrum edəcəkdi bu mükafatimdən.

Aləmi-vəslidə heç yadıma düşməzdi dua, İndi xəlq təngə gəlib sövti,münacatimdən.

Ölməz aləmdə Şəfai, əbədiyyətlər yaşar, İçsə hər kim bir udum çeşmeyi-zülmatimdən.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.