Əsas məzmuna keç

Qəzəl

Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona

Məhəmməd Füzuli

1

Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona, Ol verir can dəmbədəm üşşaqəvü mən can ona.

Oxlarından kim, tikən tək sancılıbdır hər tərəf, Gülbünidir xəm qədim, hər qönçə bir peykan ona.

Xalü xətdir bilmən ol ayineyi-rüxsar üzə, Ya gözümdən əks salmış mərdümü müjgan ona.

Tutma, ey qan, dəmbədəm tüğyan edib tən çakini, Qoy bu mənzərdən dəmi nəzzarə qılsın can ona.

Bəhrə, lö’lö dişlərin vəsfin məgər, söyləy səba Kim, qulaq tutmuş sədəf içrə düri-qəltan ona.

Saldı xəttin zövqini dil canə, qanlar uddurub, Tifl tək kim, oxudarlar zəcr ilə Qur’an ona.

Ey Füzuli, ol sənəm əfğanına rəhm eyləməz, Daşə bənzər bağrı, tə’sir eyləməz əfğan ona.

Lüğət: Gülbün – gül ağacı; Peykan – ox; Mərdüm – göz giləsi; xalq, camaat

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.