Şərab! Biz onu bəzmi-nigaridə içərik
Şərab! Biz onu bəzmi-nigaridə içərik. Çəməndə, bağidə, hər laləzaridə içərik.
Müyəssər olmasa daim vüsali-yar kimi, Doyunca mövsümi-fəsli-baharidə içərik.
Deyildir adətimiz az içib xərab olmaq. Kəmali-məst olacaq bir qəraridə içərik.
Halaldır—dedi vaiz, şərab cənnətdə, Odur ki, biz də onu kuyi-yaridə içərik.
Nigar eşqinə ver saqiya, piyaləyi-şam, Əlavəsin də gətir, ta naharidə içərik.
Yer olmasa bizə meyxanə məclisində əgər, Nə eybi var, çəkilib bir kənaridə içərik.
Şəfai, biz dəxi rüsvayi-şəhri-eşq olduq, Nə qaldı gizli bu gün, aşikaridə içərik.