Şəm’i-şami-firqətəm, sübhi-vüsali neylərəm?
Şəm’i-şami-firqətəm, sübhi-vüsali neylərəm? Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?
Qeyrə ərz et hər nə əsbabın ki, var, ey dəhri-dun! Mən bir əhli-zövqəm, əsbabi, məlali neylərəm.
Yox əcəb, gər malə rəğıbət, mülkə qılman iltifat, Mən gədayi-kuyi-eşqəm, mülkü mali neylərəm?
Əhli-haləm, demə büt vəsfin mənə, ey bütpərəst, Hal bilməz dilbəri-sahibcəmali neylərəm?
Ehtimali-hicr təşvişinə dəgməz zövqi-vəsl, Vəsl kim, var onda hicran ehtimali neylərəm?
Nəxli-qəddin istərəm, kandan1 bəladır hasilim, Baxmazam şümşadə, bər verməz nihali neylərəm?
Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm?
Lüğət: Sübhi – əzəl – ilk sübh; Dun – alçaq, əskik; Halə – ayın ətrafında görünən işıqlı dairə; Nəxl – xurma ağacı; Bər – meyvə, yemiş, bəhər; Nihal – təzə, boyu düz ağac