Şəm’i-hüsnin çövrəsində canü dil pərvanədir
Şəm’i-hüsnin çövrəsində canü dil pərvanədir, Yanmayan ol şəm’ə qarşu bixəbər pərva nədir?
Qaşların mehrabü yüzün məscidi-beytül-həram, Gözlərin meyxanəvü lə’li-ləbin peymanədir.
Ey müsəlmanan, məni eyb etməniz aşiq deyib Kim, məni valeh qılan ol nərgisi-məstanədir.
Dilbərin vəslindən ayru bu dili-məhcuri-mən Fikrü ənduhü fəraqü dərd ilə həmxanədir.
Ey Xətayi, əhli-tövhidin qatında bilmiş ol, Vaizin bihudə göftarı qamu əfsanədir.
Lüğət: Hüsn – gözəllik; Dil – ürək; Pərva – qorxu, rəğbət; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Peymanə – qədəh, piyalə; Dili – şeyda – vurğun ürək, sevən könül; Məhcur – unudulmuş, uzaqlaşmış; Qatında – yanında; Qamu – hamı