Əsas məzmuna keç

Qəzəl

Şəm kim, rovşən olub yanmağa pərvanə üçün

Seyid Əzim Şirvani

1

Şəm kim, rovşən olub yanmağa pərvanə üçün, Yanmağından dəxi pərvanəyə pərva nə üçün?

Verməyim xalüvə ey gül, niyə mən dünyanı, Çəkdi cənnətdən əl Adəm elə bir danə üçün.

Bilmirəm zülfü üçün şanəni xəlq etdi xuda, Ya ki, zülfi-siyəhin xəlq eləyib şanə üçün?

Bunca kim, hüsnünü Qurandə vəsf etdi xuda, Bilmişəm kim, eləyib məşq onu meyxanə üçün.

Piri-meyxanə Əlidir, odur ənvari-cəli, Aşinanı tanı, seyr eyləmə biganə üçün.

Olmasaydı gili-Adəmdə cəmalından əsər, Qabil olmazdı onun tinəti peymanə üçün.

Seyyida, eyləmə övsafi-Əlidən qeyri, Ömrüvi sərf eləmə hər yetən əfsanə üçün.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.