Şəhriyar qəzəli
Haqdan ilham alanların meyvə sözü, bar qəzəli, Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.
Arı ilə çiçək kimi öpüşür dodaq-dodağa, Diqqət eylə, necə çəkir qəzəl tarı, tar qəzəli.
Xanəndənin nəfəsindən bal süzülür dodaqlara, Ruhlara şərbət dağıdır yar qoşması, yar qəzəli.
Dilində söz, qəlbində köz, ruhunda meydan gətirər, Məclisi-meyxanə üçün hər şairin var qəzəli.
Gün nə qədər dəyir dəysin, qaralda bilməz ağlığı, Nazlı yarın sinəsində qərar tutub qar qəzəli.
Dedim bu gün yar eşqinə əyləşim bir qəzəl yazım, Zəlimxanı sehrə saldı Ulu Şəhriyar qəzəli.