Əsas məzmuna keç

Qəzəl

Şəha, səndən səfa istər xətayi

Şah İsmayıl Xətai

1

Şəha, səndən səfa istər Xətayi, Kərəm, lütfü əta istər Xətayi.

Ayağın toprağın, ey şahi-aləm, Gözünə tutiya istər Xətayi.

Götürgil ağ yüzündən qara zülfi, Niqabın aç, liqa istər Xətayi.

Diləməz asitanından cüdalığ, Cəfa qılma, vəfa istər Xətayi.

Şəha, bu doğru yola varmaq içün Sənin tək rəhnüma istər Xətayi.

Yezidü kafərü Mərvanə hər dəm Qazilərdən qəza istər Xətayi.

Məhəmmədü Əlinin hörmətiçün Yəqin bilgil, xuda istər Xətayi.

Lüğət: Niqab – üz örtüyü; Rəhnüma – yol göstərən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.