Şəha, qılgil tərəhhüm mən gədayə
Şəha, qılgil tərəhhüm mən gədayə, Eşigündə yetirgil bir nəvayə.
Nola hüsnin zəkati busə versin, Zəifəm, dərdməndəm, mən gədayə.
Dişün incü, gözün nərgis, ləbin lə’l, Sənin ol xoş cəmalın bənzər ayə.
Humayun qəsrinizdən, şahi-xuban, Nola salsan mənim üstümə sayə?
Sənin cövründən, ey sultani-aləm, Xətayi baş alur, varur Xətayə.
Lüğət: Tərəhhüm – rəhm etmək, birisinə acımaq; Hüsn – gözəllik; Sayə – kölgə