Şəha, ol zülfi-müşkinin nə ziba çini-pürçindir
Şəha, ol zülfi-müşkinin nə ziba çini-pürçindir Ki, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.
Xətindir ayəti-rəhman ki, həqdən münzəl olmuşdur, Ana derlər kim, ol sünbül səvadi-nafeyi-Çindir.
Tükəndi Yusif əyyami sənin dövrani-hüsnündən, Xəbər ver xublar içində yalandır bu xəbər, çindir?
Şikarı aşikar eylər gözün bu bazü şəhbazi, Könüllər seydinə yarın gözü şahanə laçindir.
Güli-sirabi-hüsnində nə nisbət ol siyəh xalın, Bu rə’na beççeyi-hindu gülüstan içrə gülçindir.
Xətayi ta anı gördü, özündən əl yudu külli, Anın çəngali-çəngindən şikar olmuş gögərçindir.
Lüğət: Ziba – gözəl; Rəhman – şəfqətli, rəhmli; Səvadi – mərdüm – göz qorası; Xublar – gözəllər; Sirab – doymuş