Əsas məzmuna keç

Qəzəl

Şəha, könlün həmişə biqəm olsun

İmadəddin Nəsimi

1

Şəha, könlün həmişə biqəm olsun, Əlində daima cami-Cəm olsun.

Gülü lalə camalından xəcildir, Yüzün yazı həmişə xürrəm olsun.

Sana eyşü nişatü kamirani, Həsudun dərdi çox, ömrü kəm olsun.

Dəfü çəngü ciğanə, nayü tənbur Düzülsün daima zilü bəm olsun.

Səni sevənlərə eyşü tamaşa, Səni sevməyən qəm həmdəm olsun.

Məni gər cövri-hüsnün öldürürsə, Sənin ömrün tənabı möhkəm olsun.

Rəqib məndən sorar: nəndir sənin yar? – Əzizimdir, ümidimdir, nəm olsun?

Gətir ol badəni, çün həmdəm olduq, Içəlim ta kim, ol sübhi-dəm olsun.

Nəsimi xəstədil hicrindən öldü, Qoy ol biçarəni ta məhrəm olsun.

Lüğət: Cami – müsəffa – Saf şərab; Nişat – Şadlıq; Həsud – Həsəd edən; Kəm – Az; Tənab – Kəndir

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.